Kafedə dava: 1 nəfər bıçaqlandı

29 May 2023 07:42

Masazır qəsəbəsində dava düşüb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə Duz gölünün kənarında qeydə alınıb.

1989-cu il təvəllüdlü Bayramov Fəqan Bayram oğlu kafedə dava zamanı bıçaqlanıb.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az