Türkiyə mediası: "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi"

28 May 2023 21:45

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırılıb. Türkiyə mediası prezident Əliyevin təbrikini " Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" başlığı ilə yayıb.

Türkiyə mediası Prezident İlham Əliyevin Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.

Milli.Az