Tanışını bıçaqlayan şəxs saxlanıldı

28 May 2023 22:57

Mayın  28-də Quba şəhəri ərazisində  Elman Muradov münaqişə zəminində tanışı  Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib. 

DİN-dən Milli.Az-a bildirilib ki, S.Ağayev xəstəxanaya yerləşdirilib. 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Muradov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.

Milli.Az