Avtobusun vurduğu məktəbli öldü

28 May 2023 21:27

Bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi "İsuzu" markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az