İranda zəlzələ olub

28 May 2023 20:52

İranın Qərbi Azərbaycan vilayətinin Səlmas şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, təkanlar yerin 6 kilometr dərinliyində baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az