Rusiyada qətliam kimi qəza: Yük maşını işıqforda dayanan maşınları “biçdi” - FOTO

28 May 2023 15:31

Rusiyanın Moskva vilayətində beş maşının toqquşması ilə nəticələnən dəhşətli qəza baş verib. Mıtışi şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda yük maşınının işıqforda dayanan maşınlara çırpıldığı və zəncirvari qəzaya səbəb olduğu görünür.

Faciə nəticəsində bir nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Milli.Az