Dünya ulduzu Beyonsun Parisdə baş tutan konserti tamaşaçıların daha çox marağına səbəb olub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, səhnədə şou göstərən Beyonsun ətrafındakı rəqqaslardan biri hər kəsin diqqətini çəkib. Onlar arasında ifaçının 11 yaşlı qızı Blu Ayvi də yer alıb.
Blu rəqqaslarla birlikdə anasının ətrafında rəqs nümayiş etdirib və alqışlarla qarşılanıb.
Anasının "Brown Skin Girl" mahnısınım müəlliflərindən biri olan Ayvi ilk "Qremmi" mükafatını 9 yaşında alıb.
Milli.Az