Şəkidə 17 yaşlı qız itkin düşüb

28 May 2023 12:31

Şəkidə 17 yaşlı qız itkin düşüb.

Milli.Az xəbər verir ki, 2006-cı il təvəllüdlü Əfruzanova Sayalı Rafiq qızı mayın 26-da saat 15 radələrində yaşadığı Şəki rayonu, Çeşməli kəndində olan evdən çıxıb geri qayıtmayaraq xəbərsiz itkin düşüb.

Faktla bağlı Şəki ŞRPŞ- də araşdırma aparılır.

Milli.Az