Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

28 May 2023 10:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

"Bir millət, iki dövlət" şüarı ilə hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirəm", - paylaşımda qeyd olunub.

Milli.Az