Hövsanda anbardan 30 min manatlıq oğurluq olub

27 May 2023 23:25

Hövsanda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30.000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Milli.Az