Krıma F-16-larla hücum etmək... - Ekspert

27 May 2023 17:51

Ukrayna Silahlı Qüvvələri quru əməliyyatı aparmadan Krımı işğaldan azad edə bilər. Xüsusilə, bunu yalnız aviasiya və uzaqmənzilli raketlərin köməyi ilə etmək realdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Petr Çernik çıxış edib.

"Krım quru əməliyyatı olmadan işğaldan azad edilə bilərmi? Məncə, mümkündür. Bunun üçün çoxlu aviasiya tələb olunur. F-16-lar, 910 km-ə qədər uçuş məsafəsi olan AGM-158 kimi uzaqmənzilli raketlərdən istifadə etmək olar", - Çernik bildirib.

Onun sözlərinə görə, cəmi bir neçə həftə ərzində rusların bütün logistikasını və infrastrukturunu məhv etmək olar. Bundan sonra Ukrayna qoşunları sakitcə yarımadaya daxil ola biləcək.

Milli.Az