Almaniya Litvaya “Patriot” yollayıb

27 May 2023 07:56

Almaniya silahlı qüvvələri 2 "Patriot" zenit-raket kompleksini Slovakiyadan Litvaya köçürür.

Milli.Az APA-ya istinadən bildirir ki, Associated Press məlumat yayıb.

Bu hava hücumundan müdafiə sistemləri NATO-nun iyunun 11-12-də Vilnüsdə keçiriləcək sammitinin təhlükəsizliyini təmin etməlidir.

Bununla belə, jurnalistlərin fikrincə, Bundesver hava hücumundan müdafiə sistemlərini Slovakiyaya geri qaytarmaq niyyətində deyil. Almaniyanın daha üç "Patriot"u Polşadadır.

Milli.Az