Bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək

27 May 2023 00:18

Slovakiya Milli Şurasının (parlamentinin) spikeri Boris Kollar iyunun 9-da respublikada növbədənkənar parlament seçkilərinin keçirilmə tarixini rəsmən açıqlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə cümə günü TASR xəbər agentliyi məlumat yayıb.

Slovakiyanın parlament partiyalarının liderlərinin əvvəlcədən razılaşdırdıqları kimi, seçkilər sentyabrın 30-da keçiriləcək. Parlamentin spikeri, agentliyin məlumatına görə, bu sazişə yenidən baxmaq niyyətində deyil.

Milli.Az