"Jiquli" kanala aşdı, sürücü öldü - Masallıda

26 May 2023 22:08

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri Namiq Eynullayevin idarə etdiyi "VAZ-2170" markalı (Lada Priora - red.) avtomobillə Miri Ağayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. 

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə qəza nəticəsində "VAZ-2104" markalı avtomobil, yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və "VAZ-2170" markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Milli.Az