Ermənistan XİN: Bu məsələ Kişinyev danışıqlarının gündəliyində deyil

26 May 2023 18:44

İrəvan və Bakı arasında sülh sazişinin imzalanması Kişinyev danışıqlarının gündəliyində deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlik münasibətlərin normallaşdırılması və "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişlə bağlı müzakirələrin davam etdiyini bildirib. Erməni tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.

Həmin sənədlərin razılaşdırılması iyunun 1-də Moldovanın paytaxtı Kişinyevdə, eləcə də Avropa Siyasi Birliyinin iclasından sonra davam etdiriləcək.

Milli.Az