"Fuat" serialdakı cənazə səhnəsi üçün lokum payladı - FOTO

26 May 2023 23:52

Xəbər verdiyimiz kimi, "Yalı çapkını" serialında "Fuat" obrazını canlandıran aktyor Doğukan Polat ekran işinə vida edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Doğukan aktyor və çəkiliş heyətinə maraqlı jest edib. Serialın yeni bölümündə ekrana gələcək dəfn və yas mərasimi üçün heyətə lokum göndərib.

Onun bu hətəkəti maraqla qarşılanıb və bunu edən ilk aktyor olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Yarqı" serialında aktyor Yiğit Kalkavan canlandırdığı "Rıdvan" obrazının dəfnində iştirak etmişdi. Oxşar hadisələr "Kurtlar vadisi" serialında da yaşanıb.

Milli.Az