Kılıçdaroğlu özünü də, partiyanı da bitirdi - Atılgan

26 May 2023 12:15

Kılıçdaroğlunun son çırpınışlarıdı, amma seçilməyəcək. O, təkcə özünü deyil, partiyasını da bitirdi.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu CHP Qadın Qollarının keçmiş sədri Dəniz Pınar Atılgan deyib.

O bildirib ki, birinci turda olduğu kimi, ikici turda da seçkilərdə Ərdoğana səs verəcək:

"Kılıçdaroğlu və komandası sanki CHP-ni bitirmək üçün and içiblər. Ərdoğanla onun arasında 2,5 milyon səs fərqi var. Məğlub olduğunuzu qəbul edin. Bax, mən gənc yaşlarımdan CHP-çiyəm. İllərlə partiyam üçün çalışdım, tər tökdüm. Mən də çox mühüm vəzifələrdə çalışmışam. Belə bir sədr mənim partiyama heç yaraşmır".

Milli.Az