Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi

26 May 2023 11:01

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına video müraciətində Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon deyib.

O bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək.

O deyib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. BMT rəsmisi qeyd edib ki, ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir.

Milli.Az