28 yaşlı aktrisa xərçəngin qurbanı oldu

26 May 2023 09:58

Kanadalı aktrisa Samanta Vaynşteyn vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa xərçəng xəstəlikdən 28 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Samanta 2 il yumurtalıq xərçəngindən əziyyət çəkib. Aktrisa "Böyük qız" filmində Jozefina rolu ilə debüt edib. Film 2005-ci ildə Toronto Film Festivalında Kanadanın "Ən yaxşı qısa film" mükafatını qazanıb və o zamanlar 10 yaşı olan Samanta da mükafata layiq görülüb.

O, karyerasının son illərində müxtəlif animasiya obrazlarını səsləndirməklə məşğul olub. 

Milli.Az