Yaşayış binasında yanğın: 3 nəfər tüstüdən zəhərləndi

26 May 2023 09:21

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az