Rusiyaya məxsus iki Su-25 qırıcısı vuruldu

26 May 2023 08:09

Ukraynanın Zaporojye vilayəti üzərində Rusiya ordusuna məxsus iki Su-25 təyyarəsi vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının məlumatında bildirilib.

Qeyd edilib ki, mayın 25-də ruslar Su-25-dən istifadə etməklə Ukrayna müdafiə qüvvələrinin mövqelərini darmadağın etməyə çalışıblar. Lakin Ukrayna qırıcıları düşmən təyyarələrini müəyyənləşdirib və dəqiq zərbələrlə vurublar.

Su-25 təyyarələrindən biri tamamilə məhv edilib, digəri isə ciddi zədələndiyi üçün təcili eniş etmək məcburiyyətində qalıb.

Milli.Az