Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri, tanınmış milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalı ABŞ-da, Kaliforniya ştatında dəhşətli hücuma məruz qalıb və vəhşicəsinə döyülüblər.
Milli.Az axar.az-a istinadən bildirir ki, 6 nəfərin hücumu zamanı ata-oğul Obalının ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər.
Əhməd Obalı ağır vəziyyətdə olmasına baxmayaraq, görüntülü açıqlama yaya bilsə də, onun oğlunun daha ağır vəziyyətdə reanimasiyada yatması səbəbindən indiyə qədər fotosu yayılmamışdı.
Günaz TV-nin Azərbaycan bölməsinin rəhbəri Araz Obalının sözlərinə görə, ata-oğul Obalılar əməliyyatdan çıxıb və onların həyatı təhlükəsi artıq arxada qalıb.
Qeyd edək ki, hadisə Əhməd Obalı Azərbaycandan qayıtdıqdan bir gün sonra baş verib. Əhməd Obalı Çikaqoda yaşayır, Kaliforniyaya oğlunun universitet törəninə qatılmaq üçün gedibmiş.
Milli.Az