İnsanların beyni çiplə idarə olunacaq

26 May 2023 07:28

Amerikalı sahibkar İlon Maska məxsus "Neuralink" neyrotexnologiya şirkəti əllərin köməyi olmadan kompüter və telefondan istifadə etmək üçün insan beyninə çip implantasiya etmək üçün klinik sınaqlar keçirməyə icazə aldığını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkət öz "Twitter" səhifəsində yazıb.

"İnsan üzərində ilk klinik sınağımıza başlamaq üçün ABŞ Qida və Dərman Administrasiyasından icazə aldığımızı elan etməkdən məmnunuq", - deyə şirkət bildirib.

Klinik sınaq üçün qeydiyyat hələki başlamayıb.

Milli.Az