Dünyada COVID-19-dan ölənlərin sayı azalıb

26 May 2023 07:14

Aprelin 24-dən mayın 21-dək dünyada təxminən 2,3 milyon insan koronavirus infeksiyasına yoluxub, 15 minə yaxın insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 17 faiz, yoluxanları sayı 21 faiz azalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Məlumata əsasən, dörd həftə ərzində dünyada 2 290 351 yoluxma, 14 985 ölüm halı qeydə alınıb. Bu dövrdə ən çox yoluxma Koreya Respublikasında aşkar edilib - 462 726. Bunun ardınca ABŞ (256 909), Yaponiya (164 367), Braziliya (146 105) və Avstraliya (125 992) gəlir.

Milli.Az