Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin görüşü Moskvada keçiriləcək

26 May 2023 07:00

Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında regionda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı qalan məsələlərin həlli üzrə danışıqlar Moskvada keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Baş nazir müavinlərinin görüşü Moskvada baş tutacaq", - deyə o bildirib.

Milli.Az