Qazimiz İsveçrə Qran-Pri turnirində gümüş medal qazandı

25 May 2023 19:48

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Milli.Az komitəyə istinadla xəbər verir ki, nüvə itələmə yarışında 11.96 metr nəticə göstərən təmsilçimiz mükafatçılar sırasında yer alıb.

Beləliklə, qazimiz iyulda Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.

Milli.Az