Şuşa sakinlərinin qayıdış tarixi AÇIQLANDI - 1500 nəfər...

25 May 2023 13:12

2023-cü ilin sonundan başlayaraq Şuşaya təqribən 1500 nəfərin köçürülüməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsinin köməkçisi Kənan Quliyev cümə axşamı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun 66-cı iclasında deyib.

Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərin qaytarılması məqsədilə artıq təməlləri qoyulmuş 17 evin yaxın zamanda inşa olunması planlaşdırılır.

"Ötən ilin sentyabr ayında ümumi mənzil sayı 450 olan 23 yaşayış evindən ibarət yaşayış kompleksinin tikintisinə start verilib. 2023-cü ilin sonlarından başlayaraq bu evlərə təqribən 1500 nəfəri köçürməyi planlaşdırırıq", - deyə K.Quliyev əlavə edib.

Milli.Az