İyun ayında bu bürclər aşiq olacaq - Sevgi qapıdadır

26 May 2023 03:03

Astroloqların proqnozlarına görə, sevgi və gözəllik planeti Venera iyun ayında Xərçəng bürcündə olacaq. Bu mühüm səma hadisəsi bəzi bürclərin sevgi lehinə gülümsəməsinə səbəb olacaq.

Milli.Az iyun ayında aşiq olacaq bürclər haqqında məlumatı təqdim edir:

Xərçəng

Xərçəng bürcünün nümayəndələri üçün sevgiyə yelkən açmaq, mövcud münasibətinizi evliliklə taclandırmaq üçün gözəl vaxtlar yaxındadır. Kədərli və bitmiş münasibətinizi bitirmək üçün isə səmalar sizə dəstək olacaq. Veneranın Xərçəng səyahətində sevgi sizi yeni, fərqli mühitlərdə tapa bilər. Bu münasibətlər sizə özünüzü müsbət şəkildə təqdim etməyə imkan verəcək.

Balıqlar

Veneranın Xərçəng səyahətində sevimli Balıqlar bürcünü də sevgi tapacaq. Bu yeni münasibət sizə şəxsiyyətinizi müsbət şəkildə təqdim etməyə imkan verə bilər. Uzun müddətdir arzuladığınız o sevgi qapının ağzındadır və onunla qarşılaşmaq an məsələsidir. (metbuat.az)

Milli.Az