“Mançester Siti”dən “Brayton”la heç-heçə - VİDEO

25 May 2023 10:37

İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyunlar keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün bir qarşılaşma baş tutub.

Günün yeganə matçında çempionluğu təmin etmiş "Mançester Siti" səfərdə "Brayton"la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Sabah 32-ci turdan təxirə salınmış daha bir oyun keçiriləcək. "Mançester Yunayted" "Çelsi"ni qəbul edəcək.

İngiltərə Premyer Liqası
32-ci turun oyunu
24 may

Brayton - Mançester Siti 1:1
Qol: Enkiso, 38 - Foden, 25.

Milli.Az