Xəzər üzərində rus qırıcılarını vurmaq üçün... - Ekspert

25 May 2023 11:59

Təkcə F-16-lar deyil, bizə 150-200 kilometr uçuş məsafəsi olan raketlər verilməlidir. Onda biz Rusiyanın sərhədimiz yaxınlığında atdığı bu bombaların buraxılış nöqtələrinə çata biləcəyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert bildirib ki, Xəzər dənizi üzərində Rusiyanın strateji qırıcılarını vurmaq üçün min kilometrə çatan "hava-hava" silahı hələ də yoxdur.

Qeyd edək ki, bəzi hallarda Rusiya Xəzər üzərindən Ukraynaya zərbələr endirir.

Milli.Az