Laçına qayıdışa SAYILI günlər qalıb... - VİDEO

25 May 2023 13:05

Laçınlıların 31 illik həsrəti bitir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, şəhər yaxın günlərdə doğma sakinlərinə qovuşacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə növbəti köçün Laçın şəhərinə olacağı nəzərdə tutulub.

Onun sözlərinə görə, şəhərə qayıdacaq ailələrin rahatlığı üçün lazımi infrastruktur işləri görülüb.

Ailə başçısı Qadir Vəliyev ikiqat sevinc yaşadığını deyir. Çünki o Laçında 5 yaşına qədər yaşadığı evə yenidən ayaq basacaq.

Elbrus Sadıqov da doğma şəhərinə qayıdacağı günü səbirsizliklə gözləyir.

Qeyd edək ki, Laçın şəhərinə köç mərhələli şəkildə həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az