ABŞ təsdiqlədi: Ukraynaya NASAMS sistemi verilir

25 May 2023 13:16

ABŞ administrasiyası Ukraynaya bir NASAMS yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemi və müvafiq avadanlıqların satışı üçün 285 milyon dollarlıq müqaviləni təsdiqləyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti və Pentaqonun strukturuna daxil olan müvafiq qurum məlumat yayıb.

Müqaviləyə görə, Ukrayna bir AN/MPQ-64F1 Sentinel RLS və digər avadanlıq ala bilər.

Milli.Az