Tina Törner 83 yaşında vəfat etdi

24 May 2023 23:09

Amerikalı və isveçrəli müğənni, aktrisa və rəqqasə Tina Törner 83 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

"Rok-n-rollun kraliçası" Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən 83 yaşında vəfat edib", - müğənninin sözçüsü açıqlamasında bildirilir.

"Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", - açıqlamada qeyd olunur.

Milli.Az