Daha bir ulduz futbolçu "Barselona"nı tərk edir

24 May 2023 21:22

"Barselona" daha bir futbolçusu ilə yollarını ayırıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçisi Jordi Albanı yola salıb.
 
İspaniya klubu 34 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər olan müqavilənin yenilənməyəcəyini açıqlayıb. Bu isə o deməkdi ki, Alba 2012-ci ildən şərəfini qoruduğu komanda ilə gələn ay vidalaşacaq.
 
Qeyd edək ki, "Barselona" bundan əvvəl kapitan Serxio Busketslə sağollaşıb.

Milli.Az