“Plener əsərlər sərgisi” Xətai Sənət Mərkəzində açılacaq

24 May 2023 15:54

Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə elan olunmuş "Plener əsərlər sərgisi" 3 iyun 2023 -cü il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində elan olunmuş təbiət qoynunda yaradılmış əsərlərdən ibarət yaradıcılıq sərgisinə 200-dən çox fırça ustası 500-ə yaxın yağlı boya, akril, sulu boya və s. texnikada yaratdıqları əsərlər təqdim edilmişdir.

Təqdim olunan əsərlər arasından 60-a yaxın rəssamın 79 əsəri sərgidə nümayiş olunacaq.

Sərgilənəcək əsərlərə buradan
https://www.yumpu.com/xx/document/read/68036181/plener-2023
baxmaq olar.

Əsərlər 30 may tarixinə qədər Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təqdim olunmalıdır.

Əsərləri nümaiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər.

Həmçinin, sərgidə tamaşaçının seçdiyi bir əsərin müəllifi və jurinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunacaq.

Sərgi 3 gün davam edəcək. Giriş sərbəstdir

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az