Davud Məmmədliyə şəhid statusu veriləcək

24 May 2023 12:50

Bu gün xidmətdə olarkən ildırım vurması nəticəsində faciəvi şəkildə həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.

Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.

Qeyd edək ki, bədbəxt hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.

Milli.Az