Separatçılar panikada: qadağalar tətbiq olunur

24 May 2023 14:03

Son günlər Xankəndidəki erməni separatçıları arasında gərginlik artıb. Müxtəlif qruplar və şəxslər bəyanatları ilə parçalanma yaradırlar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu separatçıların rəhbəri Araik Arutyunyan da etiraf edib.

Separatçıbaşı panika içərisində bir sıra "qərarlar" verib:

"Hazırki böhranlı vəziyyətdə "növbədənkənar prezident" və "parlament seçkiləri" ilə bağlı hər cür müzakirələri dayandırıram. Sərbəst toplaşmaq azadlığını məhdudlaşdıracağam".

Milli.Az