Məşhur model formada qalmağın SİRRİNİ AÇDI

24 May 2023 23:17

Məşhur modelyer İvana Sərt yutubda yayımlanan Armağan Çağlayanın proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, modelyer qüsursuz bədən formasının sirrini açıqlayıb:

"Yeməyimə çox diqqət etmirəm. Un, şəkər və şirniyyat sevmirəm. Qazlı içkilər içmirəm. Çox su içirəm, idmanla məşğul olduqda onsuzda nəticə kifayət edir. Həftənin 5 günü idman edirəm".

Milli.Az