Aygün Kazımova ilə oxuduğu duetdən sonra...

24 May 2023 11:40

Müğənni-bəstəkar Murad Arif albom çıxaracağını açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi albomda Xalq artisti Aygün Kazımova ilə birlikdə oxuduqları "Çalxala" mahnısının da yer alacağını bildirib. O qeyd edib ki, albom sözügedən mahnının adıyla adlandırılacaq:

"10 yeni mahnıdan ibarət "Çalxala" adlı albomum işıq üzü görəcək. Bu, o deməkdir ki, yeni konsertimiz özünü çox gözlətməyəcək. Albomun çıxış mahnısı da məhz meqastar Aygün Kazımova ilə oxuduğum "Çalxala"dır. Klipi iyunun ilk həftələrində gözləyin. Murad dayanmır, dayanmayacaq da". 

Milli.Az