“Zaurla keçirdiyim vaxt mənə istirahətdir”

25 May 2023 02:02

Aparıcı Günay Baxşəliyeva TikTok-un məşhur "İndi nəyə ehtiyacın var" effektindən istifadə edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Günay üçün "Dostlarınla tətilə yollanmağa" sözləri qeyd edilib.

Lakin o, bu fikirlə razılaşmayaraq "Mənə ən gözəl istirahət ailəmlə, Zaurla bərabər keçirdiyim zamandır", - deyə, bildirib.

Milli.Az