Vulkan püskürməsinin təyyarədən çəkilən görüntüləri yayıldı - VİDEO

24 May 2023 18:36

Meksikada püskürmüş Popokatepetl vulkanının təyyarədən görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərinin şərqində yerləşən Popokatepetl vulkanı yenidən püskürməyə başlayıb.

Vulkan püskürməsi nəticəsində yaranan kül şəhərə yayılıb.

Qeyd edək ki, Popokatepetl vulkanı 1994-cü ilin dekabrında oyanıb və o vaxtdan bəri aktivdir.

Milli.Az