Qaradağda “KamAZ” avtobusa çırpıldı: Xəsarət alanlar var - VİDEO

23 May 2023 20:17

Qaradağda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə zamanı "KamAZ" markalı yük maşını sərnişin daşıyan avtobusa çırpılıb.

Baş Dövlət Yol Polisindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün baş verib:

"Qəza ötən gün səhər saatlarında baş verib. Avtobusda 2 sərnişinə, "KamAZ"da 1 nəfərə ilkin tibbi yardım göstərilib. Ölüm halı qeydə alınmayıb".

Həmin görüntüləri təqdim edirik:

Milli.Az