“Səhrada məhəbbət”in ulduzu illər sonra sənətini dəyişdi - FOTO

23 May 2023 23:50

Vaxtilə keçmiş ANS TV-də yayımlanan "Səhrada məhəbbət" serialında Barbara obrazını canlandıran kolumbiyalı aktrisa Sara Mintz inanılmaz dəyişikliyi ilə diqqət çəkir.

Milli.Az olay-a istinadən xəbər verir ki, 2001-ci ildə lentə alınan 121 bölümlük serialla məşhurlaşan sənətçi bu günlərdə İnstaqramın aktiv istifadəçilərindəndir. Onun həm də yeni fəalliyyəti var. Sara artıq yaşam və spiritual kouçluqla məşğuldur.

Milli.Az