İstanbulda 10-dan çox İŞİD üzvü saxlanılıb

23 May 2023 11:33

Türkiyənin İstanbul şəhərində anti-terror əməliyyatı keçirilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, İstanbul polisinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 12 şübhəli üzvü saxlanılıb.

Şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıb.

Əməliyyatın detalları barədə geniş məlumat verilməyib.

Milli.Az