Tovuzda 13 yaşlı qızı qaçıran şəxs barəsində cinayət işi başlandı

23 May 2023 10:16

Tovuzda 13 yaşlı qızı qaçıran şəxs barəsində cinayət işi başlanıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar S. Kavazov barəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Milli.Az