Bunu təhdid kimi qəbul edirik - Ryabkov

23 May 2023 15:24

Qərbin hərbi-bioloji aktivliyini təhdid kimi qəbul edirik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin nəzarətsiz, son dərəcə təhlükəli hərbi-bioloji fəaliyyəti bütün dünya ictimaiyyətinin diqqətini tələb edir.

"Biz Qərb dövlətlərinin bu cür fəaliyyətini Rusiya və digər dövlətlərin milli təhlükəsizliyinə real təhdid kimi qiymətləndiririk", - deyə rusiyalı rəsmi bildirib.

Milli.Az