Rusiyada vətəndaş müharibəsi başladı - Ekspert

23 May 2023 11:39

Belqorod vilayətində ötən gün hərbi əməliyyatlar başladı. İki birləşmə Rusiyanı Putin rejimindən azad etməyə başladıqlarını elan etdi. Hər şey proqnozlaşdırılandır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın Belqorod vilayətində baş verənləri şərh edərkən deyib.

"Müharibənin ilk aylarını xatırlayın ki, bir çox insan, o cümlədən mən Rusiyada hər şeyin vətəndaş müharibəsi ilə bitəcəyi haqda proqnoz verirdik. Budur - Rusiyada vətəndaş müharibəsi. Ruslar Rusiya Federasiyasını Putin rejimindən azad edir. Niyə 1917-ci il olmasın?" - O.Jdanov vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna ilə sərhəddə hadisələr çox sürətlə inkişaf edir:

"Onlar Qrayvoron ərazisindəki nəzarət-buraxılış məntəqəsindən başlayıblar, sonra Belqoroda doğru irəliləyiblər. Son məlumat bu olub ki, Qrayvoron şəhəri uğrunda döyüşlər gedir".

Milli.Az