Antalyada sevgilisinə zorakılıq edən gəncin VİDEOsu rezonans doğurdu

23 May 2023 11:16

Türkiyənin Antalya şəhərində oğlan küçədə sevgilisinə qarşı zorakılıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ərazidə olan mağazalardan birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə oğlanın əvvəl qadına yumruq zərbəsi endirdiyi, ardınca onun saçlarından tutaraq yerə yıxdığı əks olunub. 

Baş verən bu hadisənin görüntüsü sosial şəbəkələrə yerləşdirilib və dərhal rezonans doğurub.

Artıq qadına qarşı zorakılıq edən şəxsin saxlanıldığı bildirilir.

Milli.Az