Sədərəkdə TƏDQİQAT

23 May 2023 08:17

Naxçıvan Muxtar Respublikasının Sədərək Kültəpəsində Azərbaycan-Amerika Birləşmiş Ştatlarının arxeoloqlarından ibarət beynəlxalq arxeoloji ekspedisiya öz işinə başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, arxeoloji ekspedisiyaya AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin professoru Lauren Ristvet rəhbərlik edir. Sədərək Kültəpəsinin tədqiqi zamanı aşkar olunan şəhər strukturlarının öyrənilməsinə başlanıb. Tədqiqatlar zamanı Sədərək şəhərində daş döşəməli küçənin qalığı aşkar olunub. İlkin araşdırmalar Sədərək Kültəpəsi ilə Cənubi Azərbaycanda, Həsənli yaşayış yeri arasında sıx bağlılığın olduğunu sübut edir.

Milli.Az