Rəşad Dağlının azadlığa çıxması ilə bağlı xəbərlərə oğlundan reaksiya - FOTO

22 May 2023 20:00

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı diqqət çəkən paylaşım edib. 

Milli.Az news24.az-a istinadla xəbər verir ki, o, valideyni ilə arxiv fotosunu paylaşaraq, azadlığa çıxması xəbərlərini yalanlayıb. 

"Yalan şaiələrə inanmayın. Atamı buraxmayıblar. Buna səbəb olanlara Allah min dəfə lənət eləsin", -  deyə söz xiridarının oğlu Yusif yazıb. 

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.  

Milli.Az